Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İdmançımız erməniyə qalib gəldi

İdmançımız erməniyə qalib gəldi

Tarix: 10 Mart 2025 19:32

Azərbaycan təmsilçisi Serbiyanın Niş şəhərində keçirilən qadın boksçular arasında dünya çempionatında Ermənistan idmançısına qalib gəlib.

Sonxeber.net xəbər verir ki, bu barədə Azərbaycan Boks Federasiyasından məlumat verilib.

Bildirilib ki, 54 kq çəkidə mübarizə aparan Zeynəb Rəhimova 1/16 finalda Yekaterina Sıçevanı üstələyib.

O, rəqibini 5:2 (münsiflərin qərarı) hesabı ilə məğlub edib.

Qeyd edək ki, bu gün Aynur Mikayılova (57 kq) da mübarizəyə qoşulacaq.


Etiketlər:  İdmançımız erməniyə qalib gəldi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ