Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 10 Mart 2025 22:25
Türkiyənin İstanbul şəhərində qanunsuz mərc oyunları ilə bağlı aparılan istintaq çərçivəsində iş adamı Acun Ilıcalı və bir sıra digər şəxslər haqqında ittiham aktı qəbul edilib.
Bu barədə "Haber Global" xəbər yayıb.
Bildirilir ki, haqqında 5 il 3 aya qədər həbs istənilən Acun Ilıcalı iyul ayında məhkəməyə çıxacaq.
Qeyd edək ki, ittiham aktında TV 8 və EXXEN platformalarında yayımlanan futbol matçları zamanı qanunsuz mərc saytlarının reklam edildiyi iddia olunur. İşlə əlaqədar ümumilikdə səkkiz nəfər təqsirləndirilir. (oxu.az)