Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Tanınmış jurnalist xəstəxanalıq oldu, vəziyyəti... - FOTO

Tanınmış jurnalist xəstəxanalıq oldu, vəziyyəti... - FOTO

Tarix: 12 Mart 2025 09:28

Milli Qəhrəman Salatın Əsgərovanın oğlu jurnalist Ceyhun Əsgərov toksikologiya şöbəsində müayinə və müalicə olunur, sabah evə buraxılacaq

Sonxeber.net xəbər verir ki, Ceyhun Əsgərov təcili yardım maşını ilə 1 saylı Kliniki Tibbi Mərkəzin toksikologiya şöbəsinə aparılıb. Xatırladaq ki, bir müddət əvvəl o, sosial şəbəkələrdə status və səs yazısı paylaşaraq səhhətinin ağır olduğunu, ölüm təhlükəsi ilə üz-üzə qaldığını bildirmişdi.

Bu paylaşımdan sonra səhiyyə qurumları hərəkətə keçərək onu təcili yardım vasitəsilə 1 saylı Kliniki Tibbi Mərkəzə çatdırıb. Məlum olub ki, Ceyhun Əsgərov bir neçə gün ardıcıl olaraq həddindən artıq alkoqollu içki qəbul etdiyi üçün zəhərlənib. Hazırda toksikologiya şöbəsində ona tibbi yardım göstərilir.

Hadisə yerində olan müxbirimizin növbətçi həkim Könül Əzizovadan əldə etdiyi məlumata görə, Ceyhun Əsgərova dərhal sistem qoşulub. Jurnalistin vəziyyəti stabildir. Müxbirimiz Ceyhun Əsgərovun özü ilə də danışıb. Jurnalist durumunun nisbətən düzəldiyini və sistemdən sonra açıqlama verə biləcəyini söyləyib. Gözlənilir ki, o, bu gecə və ya sabah səhər evə buraxılacaq. /Musavat.com


Etiketlər:  Tanınmış jurnalist xəstəxanalıq oldu vəziyyəti FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ