Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Qalatasaray''da bir şərtlə qalmağa razıdır

''Qalatasaray''da bir şərtlə qalmağa razıdır

Tarix: 12 Mart 2025 10:24

Türkiyənin "Qalatasaray" klubunun hücumçu Viktor Osimheni komandada saxlaya bilməyəcəyi ehtimalı getdikcə artmaqdadır.

Sonxeber.net xəbər verir ki, 26 yaşlı nigeriyalının tələbi "Cim Bom"u bir qədər də çətinə salıb.

Ötən ilin yayında "Napoli"dən icarə əsasında transfer olunan futbolçu İstanbulda 1 şərtlə qalmağa razıdır: ilə 15 milyon avro əməkhaqqı və 4 illik müqavilə.

Bundan başqa, İtaliya klubuna 67 milyon avro kompensasiya ödəmək lazımdır. Ancaq "Qalatasaray"ın bu şərtləri həyata keçirə biləcəyi inandırıcı görünmür.

Osimhenin müştərilərinin sayı isə gündən-günə çoxalır. Əgər bir müddət öncə "Mançester Yunayted"in gənc hücumçunu istədiyi bildirilirdisə, indi "Çelsi"nin transfer hüquqlarının alınması üçün 75 milyon avro ödəməyə hazır olması barədə məlumat yayılıb.

Qeyd edək ki, Osimhen cari mövsüm "Qalatasaray"ın heyətində bütün turnirlərdə 29 oyunda forma geyinib, 23 qol vurub, 5 məhsuldar ötürmə verib. //Offsideplus.az 


Etiketlər:  Qalatasarayda şərtlə qalmağa razıdır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ