Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 13 Mart 2025 14:40
Türkiyəli aktyor Ali Tutal infarkt keçirib.
Sonxeber.net xəbər verir ki, ötən gün səhhəti pisləşən Ali dərhal xəstəxanaya aparılıb.
Burada 75 yaşlı aktyorun infarkt keçirdiyi məlum olub.
Hazırda onun müalicəsi davam etdirilir. Aktyor həkim nəzarətindədir.
Xatırladaq ki, Ali Tutal "Geniş Aile" serialındakı "Ali Ekber Elagöz" obrazı ilə məşhurlaşıb.
Bundan başqa aktyor "Güneşi Gördüm","Mülteci", "Hemşo", "Tatlı Kaçıklar", "Bereketli Topraklar Üzerinde", "Geniş Aile", "Guruldayan Kalpler", "Kördüğüm" kimi ekran işlərində də müxtəlif rollar ifa edib. /BAKU.WS