Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 14 Mart 2025 00:30
Ermənistan Prezidenti Nikol Paşinyan bildirib ki, sosial media istifadəçiləri arasında ən çox bəyənilən paylaşımı Nyu-Yorkda Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanla olan fotosudur.
Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, Nikol Paşinyan bunu Türkiyə KİV-inə müsahibəsində deyib.
"İlk baxışda sadə görünə bilər, amma əslində olduqca simvolikdir. Məsələn, Nyu-Yorkda müxtəlif ölkə liderləri ilə görüşlərimdən kiçik fraqmentləri feysbuk səhifəmdə paylaşandan sonra geri dönüb baxdıqda anlayıram ki, sosial şəbəkə istifadəçilərimiz arasında ən çox paylaşılan, ən çox izlənən, ən çox bəyənilən Türkiyə Prezidenti ilə görüşümdən olan fotodur. Baxıram və təəccüb edirəm", - Paşinyan qeyd edib.