Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Konfrans Liqası: 1/4 finalçılar müəyyənləşdi

Konfrans Liqası: 1/4 finalçılar müəyyənləşdi

Tarix: 14 Mart 2025 07:06

UEFA Konfrans Liqasında bu gün 1/8 final mərhələsinin cavab qarşılaşmaları keçirilib.

Sonxeber.net xəbər verir ki, "Yurqorden" öz meydanında "Pafos"u sınağa çəkib.

Ev sahibləri rəqibini 3 cavabsız qolla məğlub etməyi bacarıb - 3:0. "Yurqorden" bu qələbə ilə adını Konfrans Liqasının 1/4 final mərhələsinə yazdırmağı bacarıb.

Digər matçda isə "Brügge" öz meydanında "Yaqolleniya"nı 2:0 məğlub etsə də, bu növbəti mərhələ üçün yetərli olmayıb və qonaqlar adını 1/4 final mərhələsinə yazıdırıb.

Gecənin matçlarında "Çelsi" öz meydanında "Kopenhagen"i 1:0, "Fiorentina" isə "Panatinaikos"u 3:1 hesabı ilə məğlub etməyi bacarıb.

UEFA Konfrans Liqası

1/8 final, cavab görüşləri

13 mart

21:45. "Brügge" (Belçika) - "Yagelloniya" (Polşa) 2:0

İlk oyun - 0:3.

21:45. "Luqano" (İsveçrə) - "Sele" (Sloveniya) 5:4, Pen (1:3)

İlk oyun - 0:1.

21:45. "Rapid" (Avstriya) - "Borats" (Bosniya və Herseqovina) 2:1

İlk oyun - 1:1

21:45. "Yurqorden" (İsveç) - "Pafos" (Kipr) 3:0

İlk oyun - 0:1.

00:00. "Vitoriya" (Portuqaliya) - "Betis" (İspaniya) 0:4

İlk oyun - 2:2.

00:00. "Fiorentina" (İtaliya) - "Panatinaikos" (Yunanıstan) 3:1

İlk oyun - 2:3.

00:00. "Legiya" (Polşa) - "Molde" (Norveç) 2:0

İlk oyun - 2:3

00:00. "Çelsi" (İngiltərə) - "Kopenhagen" (Danimarka) 1:0

İlk oyun - 2:1.


Etiketlər:  Konfrans Liqası finalçılar müəyyənləşdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ