Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

TikTok-da çirkli pulların necə yuyulmasından danışdı

TikTok-da çirkli pulların necə yuyulmasından danışdı

Tarix: 14 Mart 2025 07:15

Aparıcı İlkin Həsəni TikTok-da çirkli pulların necə yuyulmasından danışıb.
 

Sonxeber.net xəbər verir ki, "Baku aktual" verilişində qonaq olan aparıcı bu prosesin necə baş verdiyini izah edib:

"Feysbuk və instaqram "Meta" şirkətinə aiddir. Artıq bir neçə ildir ki, Azərbaycandan kimsə reklam ödənişi etdikdə 18 faiz vergi tutulur. Eləcə də yutubdan biz hansısa bir gəlir əldə ediriksə, platforma kartdan karta göndərmir, birbaşa bank hesabını istəyir. Vergi məlumatını göndərirsən, rəsmi qeydiyyatın olmalıdır. Ölkəmizdə hər hansı bir şəxsə ödəniş etdikdə, bunu dollarla edir. Dollar hesabında da biz vergi ödəyirik. Bu kifayət qədər şəffafdır.

Yeganə idarə olunmayan mexanizm TikTok-dur. Bu bir bəladır, külli miqdarda çirkli pullar yuyulur. Deməli, bu necə baş verir. Kiminsə əlində çirkli pullar var. Həmin şəxs bir nəfərlə danışır və deyir ki, sənə hədiyyə göndərəcəyəm. Sən onu nağdlaşdırıb, 50 faizini mənə qaytararsan. TikTok nəzarətdən kənar platformadır". (Axşam.az)


Etiketlər:  TikTok çirkli pulların necə yuyulmasından danışdı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ