Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Azərbaycanın xarici dövlət borcu açıqlandı

Azərbaycanın xarici dövlət borcu açıqlandı

Tarix: 14 Mart 2025 13:08

2024-cü il 31 dekabr tarixinə operativ məlumatlara əsasən xarici dövlət borcu 5129,7 mln. ABŞ dolları (8720,5 mln. manat ekvivalentində) və ya ÜDM-in 6,9%-ni təşkil edib.

Sonxeber.net xəbər verir ki, bu, Nazirlər Kabinetinin 2024-cü ildə fəaliyyəti haqqında hesabatında öz əksini tapıb.

Bildirilib ki, 2024-cü il 1 yanvar tarixinə olan göstəricisi ilə müqayisədə xarici dövlət borcunun məbləği mütləq ifadədə 1331,5 mln. ABŞ dolları (2263,5 mln. manat ekvivalentində) və ya 20,6%, ÜDM-ə nisbəti isə 2,0 faiz bəndi azalıb. Adambaşına düşən xarici dövlət borcunun məbləği 2025-ci il 1 yanvar tarixinə təqribən 502,0 ABŞ dolları təşkil edib.

Xarici dövlət borcunun 3742,4 mln. ABŞ dolları hökumət tərəfindən birbaşa cəlb edilmiş kreditlərdən və 1387,3 mln. ABŞ dolları xarici valyuta nominallı dövlət qiymətli kağızlardan ibarət olub.

2024-cü il ərzində xarici borclara xidmətlə əlaqədar dövlət büdcəsi vəsaiti hesabına 661,9 mln. ABŞ dolları məbləğində ödənişlər həyata keçirilib. Bu ödənişlərin 500,0 mln. ABŞ dolları məbləğində hissəsi əsas borc kimi, 161,9 mln. ABŞ dolları məbləğində hissəsi isə kreditlərə hesablanmış faizlərə görə həyata keçirilən ödənişlərdir.


Etiketlər:  Azərbaycanın xarici dövlət borcu açıqlandı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ