Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Yoluxma halları artdı - ÜST-dən təcili xəbərdarlıq

Yoluxma halları artdı - ÜST-dən  təcili xəbərdarlıq

Tarix: 14 Mart 2025 20:15

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Avropada qızılcaya yoluxma hallarının sürətlə artdığını bildirib. 2024-cü ildə yoluxma halları iki dəfə artaraq 127 min 350-yə çatıb.

Sonxeber.net xarici mediaya istinadla xəbər verir ki, ÜST-ün Avropa direktoru Hans Kluge qızılcanın yenidən yayılmasını təhlükə adlandırıb və yüksək peyvənd nisbətlərinin vacibliyini vurğulayıb.

Hazırda qızılcaya yoluxma hallarının yüksək olduğu ölkələrin başında Rumıniya gəlir. Ölkədə 30,692 yoluxma halı qeyd olunub.

Hadisələrin 40%-i 5 yaşdan kiçik uşaqlarda müşahidə olunub.

2023-cü ildə Avropa regionunda 500 min uşaq qızılcaya qarşı peyvənd olunmayıb. ÜST bu barədə xəbərdarlıq edib:

"Peyvəndsiz sağlamlıq təhlükəsizliyi mümkün deyil!"


Etiketlər:  Yoluxma halları artdı ÜST dən təcili xəbərdarlıq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ