Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 Mart 2025 09:38
Londonun "Arsenal" klubu "Bavariya"nın vingeri Leroy Saneni transfer etmək istəyir.
Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, 29 yaşlı futbolçunun gələcəyi qeyri-müəyyən olaraq qalır.
Belə ki, Sanenin "Bavariya" ilə müqaviləsi mövsümün sonunda başa çatacaq. Lakin klub rəhbərliyi ona yeni müqavilə təklif etməyib.
Fürsətdən istifadə edən "Arsenal" Sanenin menecerləri ilə əlaqə saxlayıb. Tərəflər arasında danışıqlar davam edir.
Leroy Sane bu mövsüm 34 matçda 8 qol vurub və 4 məhsuldar ötürmə edib.