Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

36 yaşlı ulduz basketbolçu NBA tarixində ilkə imza atıb

36 yaşlı ulduz basketbolçu NBA tarixində ilkə imza atıb

Tarix: 15 Mart 2025 17:34

"Qolden State Varriors"un 36 yaşlı ulduzu və Milli Basketbol Assosiasiyasının (MBA) dördqat çempionu Stiven Körri tarixi nailiyyətə imza atıb.

Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, "Sakramento Kinqs" ilə oyunda reallaşdırdığı üçxallıq atış onun karyerasında 4000-ci olub.

MBA tarixində heç bir basketbolçu dəqiq üçlüklərin sayında hələ bu həddə çatmayıb.

Üçxallıq atışların sayına görə ikinci yerdə "Los-Anceles Klippers"də çıxış edən ABŞ-li basketbolçu Ceyms Harden qərarlaşıb. Onun aktivində 3127 belə dəqiq atış var.


Etiketlər:  yaşlı ulduz basketbolçu tarixində ilkə imza atıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ