Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Dostunun dəfn mərasiminə gedə bilmədi - FOTO

Dostunun dəfn mərasiminə gedə bilmədi - FOTO

Tarix: 16 Mart 2025 14:40

Aktyor İlker Aksum yaxın dostu Şinasi Yurtseverin dəfn mərasiminə qatıla bilməyib.

Sonxeber.net bildirir ki,  Kappadokiyada "Siyah kalp" serialının çəkilişində olan sənətçi işə görə cənazəyə gedə bilmədiyini deyib:

"53 yaşım var, 35 ildir bu sahədəyəm, ilk dəfədir işimdən gileylənirəm. Bu gün yaxın dostumun dəfn mərasimi var, amma mən gedə bilmirəm. Çünki ora getsəm, bu həftə yayım olmayacaq və 150 nəfər pul ala bilməyəcək. Nə deyim? Şinasi, məni bağışla qardaşım".

Qeyd edək ki, Ş. Yurtsever xərçəngdən dünyasını dəyişib.

Onunda xatırladaq ki, İ. Aksum mərhumla "Yabancı damat"da birgə rol almışdı. /Olay.az


Etiketlər:  Dostunun dəfn mərasiminə gedə bilmədi FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ