Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Şamaxı” Ayxan Abbasovla bağlı QƏRAR VERDİ

“Şamaxı” Ayxan Abbasovla bağlı QƏRAR VERDİ

Tarix: 16 Mart 2025 18:10

"Şamaxı" baş məşqçi Ayxan Abbasovla yeni müqavilə imzalayıb. 

Sonxeber.net xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Cari mövsümün əvvəlindən komandaya rəhbərlik edən çalışdırıcı, növbəti çempionatda da bölgə klubunda işləyəcək. Yeni müqavilənin müddəti növbəti mövsümün sonuna qədərdir.

Xatırladaq ki, 44 yaşlı mütəxəssis bir neçə gün əvvəl Azərbaycanın U-21 millisinin də baş məşqçisi təyin edilib. O, iki postu tutacaq. AFFA-nın planın əsasən "Şamaxı" U-21-in baza komandası olacaq.


Etiketlər:  Şamaxı Ayxan Abbasovla bağlı QƏRAR VERDİ


RƏYLƏR