Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 Mart 2025 19:58
"Mançester Yunayted"in ortaq sahibi Cim Ratkliff "qırmızı şeytanlar"ın səhmlərinin 67,9%-nə sahib olan Qleyzer ailəsini tənqid edib.
Sonxeber.net xəbər verir ki, Ratkliff bu barədə "The Times"a danışıb.
"Məncə, "Mançester Yunayted"də son 12 ildə zəif iş görən iki idarə heyəti olub. Bunun səbəbi odur ki, klubun sahibləri məsələn, "Kristal Pelas"dan Stiv Periş və ya "Tottenhem"dən Daniel Levi kimi olmadılar. Detallara varmadılar.
"Mançester Yunayted" rəhbərliyinə həddən artıq sərbəstlik verilib. Sahibkarlar sadəcə olaraq klubu idarə edirdilər və futbol işlərinə qarışmırdılar. 12 il ərzində həqiqətən çox pis qərarlar, axmaq qərarlar verdilər. Hər şey xarab oldu, sadəcə şok oldu. Bütün bunların hara getdiyini görmədilər.
Birinci idarəetmə qrupu hər şeyi başa düşdüklərini və oyunçuların alınmasında iştirak etmək istədiklərini düşünürdülər, lakin bunu etmək üçün bilikləri yox idi. Buna görə də bazara gəldilər və pul dağıtmağa başladılar", - Ratkliff deyib. (Publika.az)