Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Messi Bekhemdən xahiş etdi: Onu transfer edin

Messi Bekhemdən xahiş etdi: Onu transfer edin

Tarix: 17 Mart 2025 12:50

"İnter Mayami"nin ulduz hücumçusu Lionel Messi klubun sahibi Devid Bekhemdən komandaya daha bir yaxşı oyunçu almağı xahiş edib.

Sonxeber.net publika.az-a istinadən xəbər verir ki, "Qızıl top"un səkkizqat qalibi Pol Poqbanı ABŞ klubunda görmək istəyir. Argentinalı onun komanda üçün olacağını bildirərək Bekhemdən onun transfer edilməsini istəyib.

Poqba 1,5 illik diskvalifikasiyadan sonra meydanlara qayıtmağa hazırlaşır. Hazırda azad agent olan fransız futbolçu klub axtarışındadır. "İnter Mayami" də onu transfer etməyi ciddi şəkildə düşünür. Florida klubu yarımmüdafiəçi ilə müqavilə bağlamağa favorit hesab olunur.

Hətta Poqbanın "Nyu York Siti" ilə matçda "İnter Mayami"nin prezidenti Devid Bekhemlə görüşdüyü barədə məlumat yayılıb. Bu görüşün məqsədi məlum deyil.


Etiketlər:  Messi Bekhemdən xahiş etdi transfer edin


RƏYLƏR