Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Mənə deyirdi ki, hər şeyə hazırlıqlı ol” - Xalq artistinin nəvəsi

“Mənə deyirdi ki, hər şeyə hazırlıqlı ol” - Xalq artistinin nəvəsi

Tarix: 17 Mart 2025 13:51

"Babamın bu üç ayda vəziyyəti olduqca ağır və çətin idi. Üç ay əvvəl babam xəstəxanada olarkən təzyiqi qalxdı və onu üçüncü dəfə insult vurdu. Üçüncü insultdan sonra iki dəfə gizli infarkt keçirtdi. Bundan sonra demək olar ki, səhhəti ölümcül vəziyyətdə oldu".

Sonxeber.net xəbər verir ki, bu sözləri OLAY-ın əməkdaşı ilə söhbətində ötən axşam dünyasını dəyişən Xalq artisti Ənvər Həsənovun nəvəsi Murad Həsənov deyib.

O, babasının son üç ayda mütəmadi olaraq səhhətindən şikayətləndiyini bildirib:

"Babam hər zaman səhhətindən gileylənirdi. Hər zaman harasısa ağrayırdı. Şikayətlənirdi ki, düzəlmirəm, yaxşılaşmıram. Təəssüf ki, babamın səhhəti günü gündən daha da pisləşirdi. Hər zaman mənə deyirdi ki, hər an hazırlıqlı ol, hər şey ola bilər (kövrəlir). O zaman adamın inanmağı gəlmirdi ki, daha da pis ola bilər. Çünki ona mütəmadi olaraq müalicələr edilirdi. Hər tədbir görülürdü, xəstəxanaya da aparılırdı, həkim nəzarətində qalırdı, müalicələr alırdı. İndi vəsiyyəti haqqında nəsə demək mənə çox çətindir, çünki bu dəqiqə heç nə yada sala bilmirəm. Babam Ənvər müəllim haqqında keçmiş zamanda nəsə danışmaq çox çətindir".


Etiketlər:  Mənə deyirdi hər şeyə hazırlıqlı Xalq artistinin nəvəsi


RƏYLƏR