Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 Mart 2025 15:30
Çox ağır bir yükün altına girdiyimi yaxşı dərk edirəm.
Sonxeber.net xəbər verir ki, bunu "Səbail"in baş məşqçisi təyin olunan Elvin Məmmədov klubun mətbuat xidmətinə açıqlamasında deyib.
Mütəxəssis etimada görə rəhbərliyə təşəkkür edib:
"İnamım böyükdür, bu komanda, mübariz kollektiv və futbolçularımız ilə çox şeyi bacaracağımıza inanıram. Reallıq budur ki, sonuncu pillədəyik, xal fərqi də az deyil. Amma biz bir ailəyik, bu çətin durumdan birlikdə çıxmalıyıq və inanıram ki, buna nail ola biləcəyik. Qarşıdakı 9 oyunun hamısı bizim üçün finala bərabər olacaq. Ümidliyik, bacaracağımıza inanırıq. Zamanla nəticələr qazanıb bu durumdan çıxacağıq".
Qeyd edək ki, Elvin Məmmədov bu postda ötən gün istefaya göndərilmiş Cavid Hüseynovu əvəzləyib.