Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 Mart 2025 20:10
"Yuventus"un idman direktoru Kristiano Cuntoli baş məşqçi Tiaqo Mottanın gələcəyi ilə bağlı fikirlərini bölüşüb.
Sonxeber.net-ın xarici mediaya istinadla xəbərinə görə, funksioner əmin edib ki, italiyalıya etibar krediti hələ də tükənməyib.
"Tyaqo Motta ilə əməkdaşlığı davam etdirəcəyik, ona güvənirik. Bu vəziyyətdən çıxış yolunu komanda şəklində tapa bilərik.
Bu çətin məqamdır, lakin biz birlikdə irəliləməyə davam edirik, mövqeyimiz dəyişmir", - Cuntoli bildirib.
Xatırladaq ki, "Yuventus" İtaliya A Seriyasının son turunda "Fiorentina"ya darmadağınla məğlub olub. /Lent.az