Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 Mart 2025 21:12
Argentina milli komandasının "DÇ-2026"nın seçmə mərhələsində Uruqvay və Braziliya yığmaları ilə keçiriləcək oyunları üçün heyəti açıqlanıb.
Sonxeber.net xəbər verir ki, 26 futbolçunun yer aldığı siyahıda ABŞ-nin "İnter Mayami" klubunun hücumçusu Lionel Messi yer almayıb. 37 yaşlı idmançının baldır nahiyəsindən zədələndiyi bildirilir.
Qeyd edək ki, Argentina martın 22-də səfərdə Uruqvayla, 26-da isə evdə Braziliya ilə qarşılaşacaq. /Teleqraf