Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Heç bir xanımla efirə çıxmıram'' - VİDEO

''Heç bir xanımla efirə çıxmıram'' - VİDEO

Tarix: 18 Mart 2025 16:05

Müğənni Türkan Vəlizadə açıqlaması ilə adından söz etdirib.

Sonxeber.net bildirir ki, sənətçi qonaq olduğu "Həmin Zaur" verilişində xanım həmkarları ilə bir efirə çıxmaq istəmədiyini bildirib.

Vəlizadə bu mövzuda fikirlərini belə nəql edib:

"Hər zaman xanımlara önəm vermişəm. Mənim bir çox dostlarım da xanımlar olub. Onları da necə çox istədiyimi ətrafım yaxşı bilir. Son zamanlar ətrafımda baş verən hadisələri kənardan seyr etdim və olanları gördüm. Qərar verdim ki, xanım ifaçılarla efirlərə çıxmayacağam. Hər birinə hörmətim var. Əvvəllər mən xanım ifaçılarla efirlərə çıxmırdım. Sonra yaxın bildiyim xanım həmkarlarımla efirlərə çıxmağa başladım. Amma indi artıq onlar yanımda yoxdurlar. Belə qərar verdim. Onları ətrafımdan mən dağıtmadım. Hər kəs yaxşı olsun amma məndən uzaq olsun. Xoşbəxt olsunlar. Nəyin ki, o beşlik, dördlük ümumiyyətlə qız oxuyanlarla efirə çıxmaq istəmirəm. Məni çox istəmirlərsə o yazıqlara niyə zülm verim gəlib yanımda oturub üzümə baxsınlar". /olay.az


Etiketlər:  Heç xanımla efirə çıxmıram VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ