Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 18 Mart 2025 17:12
"Techera Academy" MMC-nin strukturunda yeni təyinat olub.
Sonxeber.net iqtisadiyyat.az-a istinadən xəbər verir ki, şirkətin direktoru vəzifəsinə Ramil Nurəddin oğlu İsmayılov təyinat alıb.
Qeyd edək ki, R.İsmayılov uzun illər təhsilin idarəedilməsi, tədbirlərin təşkili və irimiqyaslı layihələrin planlaşdırılması və icrası sahəsində fəaliyyət göstərib. O, müxtəlif təlim proqramlarının inkişafı, innovativ təhsil yanaşmalarının tətbiqi və effektiv layihə menecmenti üzrə geniş təcrübəyə sahibdir.
Xatırladaq ki, "Techera Academy" 2021-ci ilin fevralın 2-də dövlət qeydiyyatına alınıb. Şirkət Azərbaycanda kadr hazırlığı, sosial, biznes və təhsil layihələri həyata keçirən təhsil mərkəzlərindən biridir.