Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bütün var-dövlətini özündən 33 yaş kiçik arvadına vəsiyyət etdi - FOTO

Bütün var-dövlətini özündən 33 yaş kiçik arvadına vəsiyyət etdi - FOTO

Tarix: 18 Mart 2025 20:05

Məşhur aktyor Nuri Alço bütün var-dövlətini həyat yoldaşına vəsiyyət edib. 

Sonxeber.net xəbər verir ki, o bu barədə özü bildirib. Aktyor özündən 33 yaş kiçik həyat yoldaşı Burcu Sezginoğlunun hər an onun yanında olduğunu qeyd edib:

"Sadiq həyat yoldaşına rast gəldim. Nə vaxt xəstələnsəm yanımda oldu. O, mənə çox kömək etdi. O olmasaydı, bəlkə də ölmüşdüm. Mən öldükdən sonra hər şeyim həyat yoldaşıma qalacaq".

Səhhəti ilə bağlı tez-tez xəstəxanaya yerləşdirilən 73 yaşlı aktyor ölən zaman nəşinin Teşvikiye məscidində götürlməsini də vəsiyyət edib.  /BAKU.WS


Etiketlər:  Bütün dövlətini özündən yaş kiçik arvadına vəsiyyət etdi FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ