Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 18 Mart 2025 20:30
Mövsüm sonunda məğlubiyyət yaşamadan çempion olaraq beşinci ulduzu qazanmaq istəyən "Qalatasaray" rəsmiləri futbolçulara bəzi qadağalar qoyublar.
Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, klub rəsmiləri məşq prosesində iştirak edən futbolçuların mövsümün sonunda qeyd edəcəkləri qələbə sevincləri ilə bağlı danışıqlara icazə verilmədiyini, bu barədə danışan futbolçuları isə cəza gözlədiyini bildiriblər.
Buna səbəb isə futbolçuların qarşıdakı oyunlara köklənmələri və arxayınlaşmamalarıdır.
Qeyd edək ki, "Qalatasaray" klubu sonuncu dəfə 1990/91 mövsümündə meydana çıxdığı 30 oyundan 23-də qalib gəlib, yeddi dəfə isə heç-heçə edib.