Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 18 Mart 2025 21:12
Futbol üzrə Fransa milli komandası ciddi itki ilə üzləşib.
Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, İtaliyanın "İnter" komandasında çıxış edən Markus Türam topuğundan zədə alıb. 27 yaşlı hücumçu bu səbəbdən UEFA Millətlər Liqasının pley-off mərhələsində Xorvatiya ilə görüşləri buraxacaq.
Komandalar arasında ilk oyun martın 20-də, cavab görüşü isə 23-də keçiriləcək.