Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Azərbaycan çempionatında daha bir baş məşqçi ayrılığı - FOTO

Azərbaycan çempionatında daha bir baş məşqçi ayrılığı - FOTO

Tarix: 18 Mart 2025 22:24

Futbol üzrə Azərbaycan çempionatının I Liqasında yarışan MOİK-in baş məşqçisi Qəzənfər Abbasov istefa verib.

Sonxeber.net xəbər verir ki, bu barədə məşqçi özü sosial media hesabında məlumt yayıb.

"Bu gün MOİK-lə yollarımı ayırmaq qərarına gəldim. Hər zaman bu klubun adını qaldırmaq, uğur qazanmaq üçün əlimdən gələnin ən yaxşısını etdiyimə inanıram", - deyə Q.Abbasov qeyd edib.

Onu da əlavə edək ki, MOİK hazırda 18 turdan 22 xalla 6-cı pillədə qərarlaşıb. Komanda 2025-ci ilə ardıcıl 2 qələbə ilə başlasa da, son 5 turda cəmi 2 xal qazanıb (2 heç-heçə, 3 məğlubiyyət). (Offsideplus.az)


Etiketlər:  Azərbaycan çempionatında daha baş məşqçi ayrılığı FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ