Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 19 Mart 2025 10:00
Fransa Prezidenti Emmanuel Makron Lükse-sen-Sover aviabazasında çıxış edərək bildirib ki, Paris 2035-ci ildə Almaniya ilə sərhəddə zənginləşdirilmiş nüvə başlıqları ilə "Rafale" döyüş təyyarələrini yerləşdirəcək.
Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, onun çıxışı Yelisey sarayı tərəfindən "X" sosial şəbəkəsində yayımlanıb.
Makron qeyd edib ki, Avropa "müharibədən qaçmaq üçün müdafiə olunmağa, hazırlaşmağa və nüvə silahı ilə təchiz olunmağa davam etməlidir". Onun sözlərinə görə, Fransa nüvə arsenalını gücləndirəcək və "Rafale" üçün sifarişləri artıracaq.