Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 20 Mart 2025 09:36
Ukraynanın hansı çətinlikləri var? Ukraynanın əsas çətinliyi - konstitusiyasıdır. Onların konstitusiyasında ərazi bütövlüyünün dəyişdirilməsi ilə bağlı hər hansı danışıqlar qadağandır.
Sonxeber.net axar.az-a istinadən bildirir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu deyib.
O, digər bir problem kimi Ukraynada hakimiyyətin legitimliyini göstərib.
Təhlükəsizlik Şurası katibi həmçinin Vladimir Zelenskinin özü üçün danışıqlar aparmağı qadağan etdiyini də xatırladıb.
Şoyqunun sözlərinə görə, razılaşmalara nail olmaq üçün bütün bu problemlərin həlli tələb olunur.