Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 20 Mart 2025 11:44
Almaniyanın "Bild" qəzeti "Nürnberq"də çıxış edən Azərbaycan millisinin futbolçusu Mahir Emreli ilə bağlı iddia irəli sürüb.
Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, nəşr 27 yaşlı hücumçunun II Bundesliqanın 26-cı turunda evdə "Qroyter"ə (3:0) qalib gəldikləri oyundan sonra komanda ilə birlikdə qələbəni qeyd etmədiyini yazıb.
Nəşr bunu azərbaycanlı futbolçu tərəfindən eqoist hərəkət kimi dəyərləndirib.
"Nürnberq"in baş məşqçisi Miroslav Kloze məsələ ilə bağlı qəzetə deyib ki, azərbaycanlı futbolçunun milliyə yollanması ilə bağlı vaxt azlığı olub:
"O, oyundan dərhal sonra hamı ilə sağollaşdı. Bu, əvvəlcədən razılaşdırılmışdı. O, Münhendən uçurdu və stadiondan nə qədər tez çıxa biləcəyini bilmirdi. Çünki stadion dolu idi".
Nəşr forvardın "Maqdeburq"u məğlub etdikləri (4:3) görüşdə də eyni hərəkəti etdiyini vurğulayıb.
Qeyd edək ki, Mahir Emreli "Qroyter"lə oyunda 82-ci dəqiqəsində meydana daxil olub.