Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 20 Mart 2025 18:36
İran hakimiyyəti ABŞ prezidenti Donald Trampın İslam Respublikasının ali dini lideri Ayətullah Əli Xameneiyə məktubuna tezliklə cavab göndərəcək.
Sonxeber.net xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Abbas Əraqçi bildirib.
"Artan təzyiq, təhdid və sanksiyalar şəraitində biz mütləq birbaşa danışıqlar aparmayacağıq. Danışıqlar bərabər şərtlərlə aparılmalıdır. Biz yaxın günlərdə Trampın məktubuna cavab verəcəyik və onu müvafiq kanallar vasitəsilə göndərəcəyik", - deyə nazir İran dövlət televiziyası və radiosunda açıqlayıb. /"Unikal"