Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 Mart 2025 14:52
Türkiyə millisinin kapitanı Hakan Çalhanoğlu UEFA Millətlər Liqasında Macarıstan seçməsini 3:1 hesabı ilə məğlub etdikləri görüşdən sonra Arda Gülerin "İnter"ə keçməsini istədiyini bildirib.
Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, ulduz futbolçu "İnter"lə "Real Madrid" arasında danışıqlar müsbət nəticələnsə də, Ardanın İtaliya klubuna keçmək istəmədiyini bildirib.
"Arda çox önəmli bir futbolçu, həm də çox sevdiyim bir qardaşımdır. Bunu hər kəs bilir. Təbii ki, "İnter"ə gəlməsini istəyərəm. Yüksək performanslı futbolçunu hər komanda istəyir. Amma Ardanın "Real Madrid"dəki vəziyyətini tam olaraq bilmirəm. Mən bu məsələyə çox qarışmaq istəmirəm, bu, onun karyerasıdır və qərarları sadəcə özü verə bilər. Mən sadəcə onun daha çox əsas heyətdə meydana çıxmasını istəyirəm. Çünki bu, onun haqqıdır. Ümid edirəm ki, "İnter"ə gələr, amma bunun onun üçün nə dərəcədə doğru qərar olacağını deyə bilmərəm".
Qeyd edək ki, Hakan Çalhanoğlu 2021-ci ildən bu yana "İnter"in formasını geyinir. O, bu komandaya "Milan"dan 35 milyon avro qarşılığında transfer olunub.