Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Qalib gəlmək istəyirik''

''Qalib gəlmək istəyirik''

Tarix: 21 Mart 2025 17:00

Haiti millisinə qalib gəlmək istəyirik.

Sonxeber.net bildirir ki, bunu Azərbaycan millisinin baş məşqçisi Fernandu Santuş Haiti yığmasına qarşı keçirəcəkləri yoxlama oyunundan əvvəl baş tutan mətbuat konfransında deyib.

70 yaşlı mütəxəssis sabahkı matçın çətin keçəcəyini söyləyib:

"Meydana çıxacaq futbolçuları müəyyənləşdirmişəm. Təbii ki, heyəti burda söyləyə bilməyəcəm. Keyfiyyətli futbolçulardan təşkil olunmuş yığmmaya qarşı çıxış edəcəyik. Rəqibin son 5-6 oyunlarını izləmişik və analiz etmişik. Məşqlərdə onların oyun üslublarına qarşı hazırlaşmışıq. Rəqib daha çox hücum futboluna önəm verir. Haiti top itkisindən sonra toparlanıb, yenidən hücuma çıxmağa çalışan bir yığmadır. Məşqlərimiz yüksək səviyyədə keçib. Haiti millisinə qalib gəlmək istəyirik. Düzdür, bu görüş bizə hər hansısa xal qazandırmayacaq. Lakin yığma olaraq uduzmaq istəmirik".

Qeyd edək ki, martın 22-də Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçiriləcək Azərbaycan - Haiti görüşü saat 21:45-də başlayacaq.


Etiketlər:  Qalib gəlmək istəyirik


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ