Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 22 Mart 2025 10:55
Əməkdar artist Dilarə Əliyeva mərhum həyat yoldaşı, Əməkdar incəsənət xadimi Oqtay Əliyevin ölüm ildönümü ilə bağlı paylaşım edib.
Sonxeber.net bildirir ki, sənətçi O. Əliyevin videosunu paylaşaraq bunları yazıb:
"O gün biz yazı qarşılayırdıq, amma gələn yaz yox, yas imiş... Gedişin sükutun ən ağır forması idi. Heç bir söz, heç bir təsəlli sənin yerini doldura bilmədi. İki ildir qapılar sənin yoxluğunu açır, pəncərələr isə üzümə sənsizliyin soyuğunu vurur. Sən getdin... Amma sənin baxışların hələ də gözlərimin dərinliyində yaşayır, səsin yuxularımın pıçıltısına çevrilib. Bəzən elə bil yanımda oturursan - heç nə demədən, sadəcə baxırsan Səni unutmadım, unutmaram da. Çünki sevgi sadəcə həyatda yox, ölümdən sonra da yaşayar. Səni mənə verən Tanrıya minnətdaram, səni məndən alan qismətə isə hələ də susuram... Bu isə sənin bizimlə sonuncu bayramın, sonuncu görüntülərindir... Yerin behişt olsun! Sənin yoxluğuna dözən Dilarən...". /Olay.az