Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 22 Mart 2025 11:45
Moskvada Rusiyanın Xalq Artisti Bedros Kirkorovla vida mərasimi baş tutub.
Sonxeber.net bildirir ki, mərasim Troekurov qəbiristanlığının Böyük yas zalında təşkil olunub.
Mərasimdə Bedros Kirkorovu son mənzilə yola salmaq üçün oğlu Filipp Kirkorov, nəvələri Martin və Alla-Viktoriya, Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov, bəstəkar İqor Krutoy, müğənnilər Qriqori Leps, Stas Mixaylov, Aleksandr Bujnov və digər dostları, həmkarları, yaxınları iştirak ediblər.
Qeyd edək ki, Bedros Kirkorov martın 18-də 92 yaşında vəfat edib. /Olay.az