Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 22 Mart 2025 17:35
"Gözüyumulu evlənməyin. Bir gəlin bir nəsli bədbəxt edir. Ev dağılır övladlar travma yaşayır. Babalarımız düz edirdi: bir qızı alanda yeddi arxasını, nəslini, bütün sülaləsini öyrənməlisən. Çoxları deyirdi, nəslini alıram? Bir də görürsən nəsildə bir xarab var, gedib ona oxşayır. Qız almaq və vermək asan deyil".
Sonxeber.net xəbər verir ki, bu sözləri Əməkdar artist Mətanət İsgəndərli "Qonaqcanlı" verilişinə qonaq olarkən deyib. Sənətçi keçmiş gəlini Canana ilə yaşadığı problemlərdən danışıb:
"Mənim başım nələr çəkdi. Gözüyumulu evləndirdim. Hələ də çəkirəm. Bu yaşımda 3 uşağa baxıram. Yaşa dolmuşam, uşağa baxan yaşımdır?".
Xatırladaq ki, Mətanət İsgəndərlinin oğlu Kərim keçmiş həyat yoldaşı Canana ilə qalmaqallı şəkildə boşanıb. Onların 3 övladı var. /BAKU.WS