Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 Mart 2025 19:30
Beynəlxalq Avtomobil Federasiyası (FIA) "Formula 1" Çin Qran Prisindən sonra Ferrari komandasının britaniyalı pilotu Lyuis Hamiltonu diskvalifikasiya edib.
Sonxeber.net xəbər verir ki, bu barədə yarış seriyasının saytında məlumat verilib.
Altıncı yeri tutan idmançının nəticəsi ləğv edilib. Bu, aşkar edilmiş texniki qaydaların pozulması səbəbindən baş verib. Ferrari səhvini etiraf edib.
Hamiltonun komanda yoldaşı Çarlz Lekler və Pyer Qasli də Çin Qran Prisindən sonra diskvalifikasiya ediliblər. Onların avtomobillərinin çəkisi icazə verilən minimum çəkidən az olub. (Unikal)