Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 Mart 2025 22:54
Türkiyə millisinin və İngiltərənin "Brayton" klubunun futbolçusu Ferdi Kadıoğlu sevgilisi Sera Vrijə evlilik təklif edib.
Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, 26 yaşlı müdafiəçi bu barədə sosial şəbəkə hesabında paylaşım edib.
"Sən və mən, sonsuza qədər və həmişə...", - deyə Ferdi paylaşımına yazıb.
Onların fotolarına çoxlu bəyənmə və şərhlər gəlib.
Qeyd edək ki, Ferdi kimi Hollandiyada anadan olan 28 yaşlı Sera gözəllik və kosmetika mərkəzinin sahibidir.