Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Boğaz ağrısından xilas edən effektiv ÜSUL

Boğaz ağrısından xilas edən effektiv ÜSUL

Tarix: 24 Mart 2025 04:06

"Boğazda güclü ağrı hiss edənlərə ketoprofenin lizin duzu məhlulu ilə qarqara etmək məsləhətdir".

Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, bu barədə rusiyalı praktik həkim və teleaparıcı Aleksandr Myasnikov boğaz ağrısı ilə mübarizənin effektiv üsulunu açıqlayarkən deyib.

Onun sözlərinə görə, bu vasitə tez təsir göstərir və xoşagəlməz simptomdan səkkiz saat ərzində xilas edir.

Boğaz ağrısı ilə mübarizədə kömək edən digər vasitə kimi Myasnikov benzidamini qeyd edib. Lakin həkim vurğulayıb ki, bu vasitə ilə ketoprofenin lizin duzuna nisbətən daha tez-tez qarqara etmək lazımdır, çünki onun təsiri cəmi iki saat davam edir.


Etiketlər:  Boğaz ağrısından xilas edən effektiv ÜSUL


RƏYLƏR