Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 24 Mart 2025 17:10
Tamada-şairə Nazilə Səfərli şok açıqlaması ilə gündəmə gəlib.
Milli.Ax bildirir ki, sənətçi sosial media hesabında qeyd edib:
"Bu yaxınlarda bir azərbaycanlı müğənni 1500 dollara Gürcüstan toyuna gedib. Müğənni toy sahibinə deyib ki, verəcəyin pulu mən oxuyanda bir-bir say, əlimə ver, qoy hamı görsün.
Toy sahibi də inanıb, onun dediyi kimi edib. Toy başa çatan kimi quldurlar toy sahibini çağırıb, 10 min dollarını alıblar ki, "belə pulun çoxdur, bizə də xərclə".
Beləliklə, bilin ki, Gürcüstan toylarına gedib, əlində pullar paylayan müğənnilər əslində quldurlara nişan verir. Toy sahibləri də müğənniyə görə tələyə düşürlər. Artıq 3 ildir vəziyyət belədir". /Musavat.com