Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 Mart 2025 06:10
Tanınmış aparıcı Saleh Bağırov Azərbaycan-sovet teatr və kino aktyoru, Azərbaycan SSR əməkdar artisti, babası Sadıq Salehdən yazıb.
Sonxeber.net xəbər verir ki, aparıcı babasının doğum günü olduğunu bildirərək onunla bağlı fikirlərini bölüşüb.
"Ömrünü teatra, onun inkişafına həsr edən fədai, yaddaşlarda nəcib, xeyirxah, əməli saleh insan kimi qalan, məhz bu keyfiyyətlərinə görə Rza Təhmasibin təşəbbüsü ilə afişalara Saleh təxəllüsü ilə adı yazılan sənətkar Sadıq Salehin doğum günüdür. Dünyasını dəyişən sənətkarlarımızın ruhu şad olsun!" deyə o paylaşımında bildirib. /AZXEBER.COM