Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 Mart 2025 09:55
"Biz tanınmış insanlarıq. Nə olursa hər şey ortadadır. Şəxsi həyat ilə bağlı mövzulardan qaçıram. Niyə? Çünki bu mənim şəxsi məsələmdir. Şəxsi və özəl həyatımı isə hər zaman qorumağa çalışıram".
Sonxeber.net bildirir ki, bu sözləri müğənni Elçin Cəfərov "Maqazin plyus" verilişinə müsahibəsində deyib.
Şəxsi həyatı ilə bağlı danışmaqdan ehtiyyat edən sənətçi bildirib ki, hər zaman barışığın tərafdarıdır:
"Heç kimə məsləhət görmürəm şəxsi həyatını aşkara çıxarsın. Savaşmaq, dalaşmaq qətiyyən yaxşı bir şey deyil. O qədər əleyhinəyəm belə şeylərin. Əgər barış varsa dalaşmağın nə mənası və nə xeyri ola bilər ki, insana? Heç bir xeyri ola bilməz! Ağıllı adam barışığa üstünlük verər, barışıq haqqında danışar, mehriban və bir olar. Xasiyyətim mənim belədir. Mən iki nəfərin qucaqlaşmasından xoşbəxt olan insanam. Buna sevinirəm". /Olay.az