Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Liverpul''un ulduzu ''Real''da!

''Liverpul''un ulduzu ''Real''da!

Tarix: 25 Mart 2025 17:10

İngiltərənin "Liverpul" klubunun futbolçusu Trent Aleksander-Arnold "Real"la (İspaniya) anlaşıb.

Sonxeber.net bildirir ki,  26 yaşlı müdafiəçinin agentləri Madrid klubu ilə müqavilənin şəxsi şərtləri ilə bağlı prinsipial razılığa gəliblər.

O, yayda azad agent olduqdan sonra "Real"la 5 illik müqaviləyə imza atacaq. Bu müqviləyə əsasən futbolçu bir mövsüm ərzində 15 milyon avro qazanacaq. T.Aleksander-Arnoldun "Liverpul"da illik qazancının 11 milyon avro olduğu bildirlir.

Qeyd edək ki, "Liverpul"un yetirməsi olan müdafiəçi 2016-cı ildən əsas komandada çıxış edir. /Report


Etiketlər:  Liverpulun ulduzu Realda


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ