Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 Mart 2025 18:10
"YouTube" və boks ulduzu Ceyk Pol dünya çempionu, konkisürən Cutta Leerdamla rəsmən nişanlanıb.
Sonxeber.net xəbər verir ki, blogger sosial şəbəkədə şad xəbəri romantik fotolarla izləyiciləri ilə bölüşüb. "Biz nişanlıyıq! Əbədi olaraq birlikdə olmaq arzusu ilə" - deyə Pol yazıb.
Cütlüyün pərəstişkarları və məşhur dostları şərhlərdə onları təbrik edib. "İnstaqram"da 28 milyon izləyicisi olan Ceykin paylaşımı yüz minlərlə bəyənmə toplayıb.
Xatırladaq ki, cütlük İnstaqram vasitəsilə tanış olub. Onların münasibətləri 2023-cü ilin aprelində ictimaiyyətə məlum olub. /Publika.az