Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 27 Mart 2025 19:00
Bəzi mağazalarda, restoranlarda və iaşə obyektlərində ödəniş pos terminal ilə yox kartdan karta köçürməklə təklif olunur. Son dövrlər belə hallarda artım müşahidə edilir. Bu isə müşərilər üçün əlavə çətinlik yaradır. Bəs görəsən bu qanunsuzluqdan necə qorunmalıyıq?
Mövzu barədə İR Master Group MMC-nin Baş Mühasibi İlham Vəliyev moderator.az-a danışdı.
"İctimai iaşə obyektləri işlədən sahibkarlardan bu sualı tez-tez eşidirik.
Qısaca cavab: Bəli, amma bəzi şərtlər var!
Ödənişi qəbul etdiyiniz kart VÖEN-ə bağlı biznes kart olmalıdır.
Məbləğ dərhal kassa aparatına daxil edilməli və çek çap olunmalıdır.
Çeki bağlamanın üzərinə yapışdırmalısınız.
Misal: Gül dükanı bir müştəridən kartdan karta ödənişlə gül buketi sifarişi qəbul edir. Ödəniş biznes karta gəlir, məbləğ kassa aparatına vurulur, çek çap edilir və bağlamaya yapışdırılır. Bu halda heç bir qanun pozuntusu olmur".