Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 28 Mart 2025 12:16
UEFA Çempionlar Liqasının son 16 turunda "Atletiko Madrid"i mübarizədən kənarlaşdıraraq 1/4 finala yüksələn "Real Madrid" futbolçularına böyük məbləğdə bonus ödəyib.
Sonxeber.net xarici mediaya istinadla xəbər verir ki, İspaniyanın COPE radiosunun xəbərinə görə, klub prezidenti Florentino Peres "Atletiko Madrid" üzərindəki qələbədən sonra komanda üzvlərinə 250 min avro mükafat verib. Maraqlısı odur ki, bu bonus matçlarda oynayan və oynamayan bütün futbolçulara bərabər paylanıb.
Gənc türk futbolçusu Arda Gülər də bu bonusdan yararlanıb və hesabına 250 min avro köçürülüb. Sözügedən matçlarda heç bir oyun vaxtı almamasına baxmayaraq, bütün komanda üzvləri kimi o da mükafatlandırılıb.
Qeyd edək ki, La Liqada çempionluq uğrunda mübarizəsini davam etdirən "Real Madrid" Çempionlar Liqasının 1/4 finalında "Arsenal" ilə qarşılaşacaq.
Fidan