Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 29 Mart 2025 19:15
Rusiyanın məşhur stilisti Sergey Zvereviin övladlığa götürdüyü oğlu onu məhkəməyə verir.
Sonxeber.net axşam.az-a istinadla bildirir ki, bu haqda "Mash" teleqram kanalı məlumat yazıb. O, məhv edilmiş uşaqlığına görə atasından 25 milyon rubl təzminat istəyir.
İddialara görə, stilist varisini "Pi Diddi" ləqəbi ilə tanınan və uşaqlara təzavüz etdiyi, qeyri-etik partilər keçirdiyi üçün hazırda həbsxanafa olan məşhur reper Şon Con Kombs tərzində çılpaq partilərə aparıb. Çılpaq məclislər uşağın psixoloji sarsıntı keçirməsinə səbəb olub.
Əvvəllər övladlığa götürülmüş oğlan atası ilə münaqişəni inkar edirdi, lakin Moskvanı tərk etdiyini və mediaya güvəndiyini deyib.
Teleqram kanalının iddiasına görə, atası kiçik Sergeyi oğurluğa görə qovub. Amma oğlan atasının əməllərindən bezib getdiyini iddia edir.