Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Real''dan əzmkar qələbə

''Real''dan əzmkar qələbə

Tarix: 30 Mart 2025 07:48

İspaniya La Liqasında XXIX turun görüşləri davam edir.

Sonxeber.net xəbər verir ki, günün son matçında "Real Madrid" öz meydanında "Leqanes"i qəbul edib.

Gərgin keçən qarşılaşmanın ilk hissəsini qonaqlar qalib başa vursalar da, "kral klubu" sonda əzmkar oyun sərgiləyərək, rəqibini üstələməyi bacarıb.

Görüş "Real"ın 3:2 hesablı qələbəsi ilə başa çatıb.

"Leqanes" La Liqanın turnir cədvəlində 18-cidir. Komanda 29 matçda 27 xal toplayıb. "Real Madrid" 63 xalla ikinci pillədə qərarlaşıb. Çempionatın turnir cədvəlinə 63 xalla "Barselona" başçılıq edir.


Etiketlər:  Realdan əzmkar qələbə


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ