Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Qapıçıya verilən mükafat gündəm oldu

Qapıçıya verilən mükafat gündəm oldu

Tarix: 31 Mart 2025 19:44

Norveç Liqasında keçirilən "Brune" - "Bodo Qlimt" matçından sonra maraqlı anlar yaşanıb.

Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, "Brune"nin qapıçısı Jan de Bur komandasının 1:0 hesabı ilə uduzmasına baxmayaraq, performansına görə matçın ən yaxşı oyunçusu seçilib.

Yeni klubunda debüt matçına çıxan qapıçı üç seyv edib və oyunun 55-ci dəqiqəsində penalti zərbəsini çıxarıb.

Qolkiperə mükafat olaraq 4 qutu yumurta təqdim olunub.


Etiketlər:  Qapıçıya verilən mükafat gündəm oldu


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ