Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 1 Aprel 2025 03:06
Uşaq Sağlamlığı Mütəxəssisi Dos. Dr. Yakup Çağ, yeni doğulan körpələrə K vitamini tətbiqinin həyati əhəmiyyət daşıdığını vurğulayır.
Sonxeber.net e-saglam.az-a istinadən xəbər verir ki, bu vitamin qan laxtalanmasını tənzimləyir və çatışmazlığı daxili qanaxmalara, hətta beyində qanamaya səbəb ola bilər.
Körpələrdə K vitamini əskikliyinin əsas səbəbləri anadan kifayət qədər keçməməsi, bağırsaq florasının hələ formalaşmaması və ana südündə yetərincə olmamasıdır. Bu səbəblə hər yeni doğulan körpəyə K və D vitamini peyvəndi edilməlidir.
Çağ qeyd edir ki, K vitamini çatışmazlığı serebral qanaxmalara və hətta ölümə yol aça bilər. Buna görə də, vaxtından əvvəl və ya tam müddətli doğulan bütün körpələrə K vitamini mütləq verilməlidir.