Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Qızılın qiyməti 3200 dollara yaxınlaşır - ekspertlər həyəcan təbili çaldı

Qızılın qiyməti 3200 dollara yaxınlaşır - ekspertlər həyəcan təbili çaldı

Tarix: 1 Aprel 2025 13:08

Dünya birjalarında qızılın (XAU/USD) qiyməti əvvəlki günün artımını davam etdirərək 3100 dolları keçib. Bu gün qiymət 3160 dollar civarında dəyişir.

Sonxeber.net modern.az-a istinadən xəbər verir ki, bu artım qlobal təhlükəsizlik və ABŞ prezidenti Donald Trampın aqressiv ticarət siyasətinin yaratdığı narahatlığın təsiri ilə baş verir. Eyni zamanda, geosiyasi gərginliklər də qızılın qiymətinin artmasına səbəb olur.

İnvestorlar ABŞ iqtisadiyyatında tariflərin tənəzzülə səbəb olacağını və bununla yanaşı Federal Ehtiyat Sisteminin  faiz  dərəcələrini endirəcəyini düşünürlər. Bu dolların zəifləməsinə və qızılın qiymətinin artmasına dəstəksəbəb ola bilər. Lakin qızıl artıq yüksək səviyyəyə çatdığı üçün bəzi analitiklər yeni alış etməkdə ehtiyatlı olmağı tövsiyə edirlər.

Keçən həftə Goldman Sachs  qızıl qiyməti ürə proqnozunu 3300 dollara qaldırıb. 


Etiketlər:  Qızılın qiyməti 3200 dollara yaxınlaşır ekspertlər həyəcan təbili çaldı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ